"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvanda “Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirilib

--2017-09-11 / 13:29

11 sentyabr 2017-ci il tarixdə “Sülh aylığı” çərçivəsində şirvan şəhər Heydər əliyev Mərkəzində “Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhər icra Hakimiyyətinin nümayəndələri Adəm Hüseynov, Samirə ismayılova, Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva, Hacıqəhrəmanlı Bələdiyyəsinin sədri Samirə Abışova, N saylı hərbi hissənin zabiti, palkovnik-leytenant Vüqar Abbasov, mədəniyyət, təhsil işçiləri və bir sıra digər ictimai birliklərin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları ilk olaraq şirvan Dövlət Rəsm Qalereyasıının və şəhərin digər istedadlı uşaqlarının Sülh mövzusuna həsr etdiyi rəsm sərgisi ilə tanış oldular.

Mərkəzin direktoru Aynur Fərzəliyeva tədbiri açıq elan edərək qonaqları salamladı, bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi. Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi. Bildirdi ki, sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti ilham əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Sonra şəhər icra Hakimiyyətinin baş məsləhətçisi və ictima-siyasi və humanitar məsələlər şöbəsininn müdir müavini Adəm Hüseynov çıxış edərək cəmiyyətdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyi vurğuladı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu. Bildirdi ki, bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də sülh xüsusi əhəmiyyət kəsb edir. Qeyd etdi ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə nümayiş etdirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Ermənistan nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir. şəhər icra Hakimiyyətində məsul şəxs Samirə ismayılova tarixdə indiyədək 14 min müharibə baş verdiyini, bunun da nəticəsində 3,5 milyard insan həlak olduğunu qeyd etdi.. Dünya bu gün də ədalətsiz savaşlardan əziyyət çəkir.

Yer kürəsindəki bütün acları doyurmağa 30 milyard dollar pul lazım olduğu halda hər il bundan da artıq vəsait müharibələrə xərclənir. ikinci dünya müharibəsinin başa çatmasından bu yana silahların susduğu cəmi 26 gün olub. Bu isə sülhə ehtiyacın nə qədər böyük olduğunu bir daha ortaya qoyur. 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva çıxışında sülh mədəniyyətinin ilk növbədə ailədən başlanmasının vacibliyini diqqətə çatdırdi, valideynlərin öz övladlarına erkən yaşlardan bu istiqamətdə bilgilər verməsini tövsiyə etdi. Çıxışının sonunda Səadət xanım gözəl məlahətli səsi ilə sözləri Novruz Gəncəliyə aid "Ananın səsi" musiqisini ifa etməklə tədbir iştirakçılarında gözəl təəssürat yaratdı. Tədbir 16 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Ayxan ismayılovun ifasında Hüseyn Arifə aid "Mən sülhə səs verirəm!" şeiri ilə yekunlaşdı.

Belediyye.info

ŞƏRHLƏR